Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyev və ordu quruculuğu siyasəti

0

  • Ordu - bir dövlətin ən güclü dayağı, onu digər dövlətlərdən fərqləndirən ən vacib amil. Bu gün bütün dünya dövlətlərinin prioritet məsələlərindən ən başlıcası ordu quruculuğu siyasətidir. Çünki bir dövlətin, ordusunun güclü olması onun söz sahibi olması deməkdir.Azərbaycan da dünyanın ən nüfuzlu ordusuna malik olan dövlətlərin arasında ön pillələrdədir. Ordun varsa, yurdun var deyillər. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan hər zaman qonşularının işğalçılıq siyasətinə məruz qalmış və öz ordusunun gücü sayəsində ayaqda qalmağı bacaran, bu gün müstəqil olan güclü bir dövlətdir. AXC-nin yaranmasından sonra, 1918 - ci il 26 iyun tarixli fərmanla Azərbaycan milli ordusunun yaradılmasına başlanıldı. Bunun nəticəsi idi ki, milli ordumuz Qafqaz İslam ordusu ilə birlikdə Bakı və onun ətrafların erməni - bolşevik işğalından xilas etdi. Ancaq AXC- nin dağılmasından sonra ki, dövrlərdə ordu quruculuğun inkişafı kəskin şəkildə azalmışdır.90-cı illərin əvvəllərində isə ölkədə baş verən xaos, anarxiya, rəhbər şəxslərin səriştəsizliyi, ölkəni parçalamağa yönələn xarici təsirlərin pikk həddə çatması ordu quruculuğundan da yan keçməmişdi. Elə buna görə idi ki, orduda istər kadr çatışmamazlığı, istərsədə texnika çatışmamazlığı bütün kəskinliyi ilə özünü göstərirdi. Bütün bu sebebler dolayından artıq Azərbaycan öz torpaqlarının 20 % hissəsini itirdi.Heydər Əliyevin hakimiyyətə gəlməsiylə isə ordu quruculuğu istiqamətində əsaslı addımlar atıldı, məqsədyönlü hədəflər icra olunmağa başladı. Ordu vahid rəhbərlik ətrafında birləşdirildi.Heydər Əliyev hərbi təhsil sahəsinin inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında qərar qəbul olundu.Müdafiə Nazirliyi nəznində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandı.Ordumuz günbəgün daha da güclənməyə başladı. Heydər Əliyevin hər zaman vurğulayırdı: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. " Öz yurdlarından köçkün düşmüş,öz el-obalarını itirmiş sakinlər ,o cümlədən bütün Azərbaycan xalqı öz prezidentinin bu siyasətinə və öz ordusunun gücünə daim böyük inam bəsləmişdilər. Hər an Ali Baş Komandanın əmrini gözləyən güclü Azərbaycan ordusunun yalnız bir amalı var idi: "Tarixi əraziləri geri qaytarmaq"Atəşkəs müddətində ilk dəfə olaraq qazanılan Aprel zəfəri, ondan sonrakı müddətdə uğurla həyata keçirilən Günnüd əməliyyatı bu istiqamətdə qazanılan ilk uğurumuz, ordu quruculuğunda isə prezident- xalq birliyinin ən böyük təzahürü idi.Bu gün ordu quruculuğu siyasəti İlham Əliyevin rəhbərliyi altında yeni hədəflər istiqamətində özünün ən uğurlu dövrünü yaşayır. 2021-ci ildə "Global Firepower" təşkilatının yekunlarına əsasən, Azərbaycan ordusu "dünyanın ən güclü ordusu" reytinqində 63-cü yerdədir. Ordumuzun gücünü ən böyük sübutu 44 günlük zəfərimizdi. O zəfər ki bütün dünyayaya Azərbaycan ordusunun gücünün sübutunun ən böyük göstərişi idi. Bir ordumuzla qürur duyur və onun hər zaman yerində olan gücünə inanırıq. Var olsun Azərbaycan ordusu!Natəvan Quliyeva,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    Heydər Əliyev ordu quruculuğu siyasəti

    Maraqlı gələ bilər
    176
    56
    0